Rusiya və Səudiyyə Ərəbistanı 1 mlrd. dollarlıq müştərək fond yaradır
Energetika
- 02 oktyabr, 2017
- 09:41
Rusiya energetika naziri Aleksandr Novak
Bakı. 2 oktyabr. REPORT.AZ/ Rusiya və Səudiyyə Ərəbistanı energetika sektoruna investisiyalar üçün 1 mlrd. ABŞ dolları dəyərində müştərək fond yaradacaq.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak "Əl Arabiya" telekanalına müsahibəsində bildirib.
A.Novak açıqlamasında qeyd edib ki, fondun yaradılması ilə bağlı son razılaşma bu həftə Səudiyyə Ərəbistanı kralının Moskvaya səfəri zamanı əldə ediləcək. Nazirin sözlərinə görə, hazırda səfər zamanı açıqlanacaq bir sıra razılaşmalar üzərində iş aparılır.
Novak həmçinin bildirib ki, hazırda Moskva və Ər-Riyad nəinki OPEC+ anlaşmasında, həmçinin neft-qaz və elektroenergetika sahəsində müştərək layihələrdə əməkdaşlığı möhkəmləndirir.
Son xəbərlər
04:46
Axios: ABŞ İrana yeni genişmiqyaslı zərbələr endirməyi planlaşdırmır
Digər ölkələr04:15
NBC: İranın zərbələri ABŞ-ın kəşfiyyat obyektlərinə milyardlarla dollar ziyan vurub
Digər ölkələr03:54
İngiltərə millisinin sabiq hücumçusu həbs edilə bilər
Futbol03:28
Yəməndə husilərin obyektlərinə qabaqlayıcı zərbələrin endirilməsi təsdiqlənib
Digər ölkələr03:06
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
Digər ölkələr02:36
Brent markalı neftin qiyməti bir barel üçün 87 dollardan aşağı düşüb
Digər ölkələr02:14
Qəribabadi: İran hələ də müharibə vəziyyətindədir
Region01:37
Qalibaf: ABŞ iqtisadi müharibədə də İrana məğlub olur
Region01:03