Rusiya Qırğızıstanda AES tikməyə hazır olduğunu açıqlayıb

Energetika
  • 15 may, 2025
  • 08:03
Rusiya Qırğızıstanda AES tikməyə hazır olduğunu açıqlayıb

Layihənin parametrləri ilə bağlı qərar qəbul edilən kimi Rusiya Qırğızıstanda aşağı gücə malik Atom Elektrik Stansiyasının (AES) tikintisinə başlamağa hazırdır.

“Report”un xəbərinə görə, bu barədə Rusiyanın “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev "İzvestiya" qəzetinə açıqlamasında bildirib.

“Bizim tərəfdaşlarımız indi mərhələləri və lazım olan potensialın səviyyəsini müəyyənləşdirəcəklər və nəhayət, bu layihənin konkret konfiqurasiyasına dair sorğu alan kimi ümid edirəm ki, biz onun həyata keçirilməsinə başlayacağıq”, - o, nəşrə bildirib.

Onun sözlərinə görə, Moskva Qırğızıstana “RITM-200N” bloku əsasında gücü 110-dan 440 MVt-a qədər olan blok atom elektrik stansiyasının layihəsini təklif edib.

“Artıq Özbəkistanla da analoji müqavilələr bağlanıb və Myanma ilə danışıqlar aparılır. Rusiyada, yəni Yakutiyada bu texnologiyadan istifadə edən stansiyanın tikintisi artıq aparılır”.

44 - Tezliklə