Rusiya neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını geridə qoyub

Energetika
  • 19 fevral, 2019
  • 10:49
Rusiya neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını geridə qoyub

Bakı. 19 fevral. REPORT.AZ/ Rusiya 2018-ci ilin dekabr ayında sutkada 10,739 mln. barel neft hasil edib ki, bu da noyabr ayı ilə müqayisədə 0,1% çoxdur. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla ölkə neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını geridə qoyub. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı dekabrda sutkalıq hasilatını 4,1% azaldaraq 10,643 mln. barelə çatdırıb. 

ABŞ isə hesabat dövründə aylıq müqayisədə 0,3% azalma ilə 11,658 mln. barel neft hasil edib.