Rövnəq Abdullayev: "Azərbaycan bu il neft hasilatını artırmayacaq"
Energetika
- 06 mart, 2016
- 14:11
Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan bəzi OPEK ölkələrinin neft hasilatının dondurulmasına dair təşəbbüsünü dəstəkləyir.
"Report" xəbər verir ki, bunu ANS telekanalına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə addımlar atılıb.
"Açıq söyləyim ki, biz artıq bu mövqeyə qoşuluruq. 2016-cı ildə biz neft hasilatını dondurmaq, yəni eyni səviyyədə saxlamaq fikrindəyik və artım layihələrini artıq saxlamışıq. Azərbaycanda neft hasilatı ötənilki səviyyədən yuxarı olmayacaq", - deyə SOCAR prezidenti bildirib.
2015-ci ildə ölkə ərazisində neft hasilatı 41,689 mln. ton təşkil edib. Bu il hasilat 40,7 mln. ton səviyyəsində proqnozlaşdırılır.
Rövnəq Abdullayev: "Azərbaycan bu il neft hasilatını artırmayacaq"
Son xəbərlər
21:14
Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər
Xarici siyasət21:08
"Sabah" basketbol komandası üçüncü yoxlama oyununu "London Lions"a qarşı keçirəcək
Komanda20:42
Zelenski, Uitkoff və Kuşner Ukraynaya mümkün səfəri müzakirə ediblər
Digər ölkələr20:28
Hacı Zeynalabdin qəsəbəsi sakini bıçaqlanıb, atası şübhəli qismində saxlanılıb - YENİLƏNİB-2
Hadisə20:26
"Çelsi"nin futbolçusu Tosin Adarabioyo İngiltərənin başqa klubuna keçə bilər
Futbol20:25
Foto
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
Xarici siyasət20:22
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Hadisə20:21
Sadır Japarov Bişkekdə VI Dünya Köçəri Oyunlarını açıq elan edib
Region20:14