Qüdrət Həsənquliyev: "Liberallaşmaya niyə gəlirli sahələrdə başlayırsınız?"

Energetika
  • 07 aprel, 2023
  • 13:51
Qüdrət Həsənquliyev: Liberallaşmaya niyə gəlirli sahələrdə başlayırsınız?

"Azərbaycanda enerji təchizatı sahəsində rəqabətin olması üçün inhisarçılıq aradan qaldırılmalıdır. İlk növbədə dövlət inhisarçılığı olmamalıdır".

"Report"un məlumatına görə, bunu bu gün keçirilən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası zamanı "Elektroenergetika haqqında" qanun layihəsinin üçüncü oxunuşu zamanı deputat Qüdrət Həsənquliyev bildirib.

Bununla yanaşı, deputat təklif edib ki, liberallaşmaya zərərli sahələrdən başlanılsın: "El arasında məsəl var: süd verən inəyi kəsməzlər. Liberallaşmaya niyə gəlirlə işləyən sahələrdə başlayırsınız? "Azərbaycan Dəmir Yolları", "Azərbaycan Hava Yolları" və "Azərsu" kimi fəaliyyəti zərərli qurumlar. Hər yerdə ilk növbədə gəlirlə işləməyən sahələrdə liberallaşmaya gedirlər. Özəlləşdirməyə oradan başlayırlar. Belə çıxır ki, özəlləşdirmədə məqsəd o sahədə xidmətin keyfiyyətini yüksəltmək, rəqabət mühiti yaratmaqla tarifləri aşağı salmaq yox, gəlirli sahəni ələ keçirməkdir", - deyə o qeyd edib.

"Bu qanun layihəsi qəbul olunarsa, ilkin dövrdə əlbəttə qiymətlər qalxa bilər. Dövlət isə aztəminatlı ailələrin müdafiəsini gücləndirmək üçün vəsait ayıra bilər. Bu özəlləşdirməyə başlanılmalıdır, amma ilk növbədə milyardlarla pullar alıb səmərəsiz istifadə edən sahələrdən başlanılmaldır", - deyə deputat əlavə edib.

44 - Tezliklə