Qazaxıstan Azərbaycana neft və neft məhsulları ixracını 39 %-ə yaxın artırıb
- 19 fevral, 2024
- 07:31
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Qazaxıstan Azərbaycana 337,8 min ton həcmində neft və neft məhsulları ixrac edib.
“Report”un Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 38,8 % çoxdur.
Ötən il ərzində bu ölkədən Azərbaycana ixrac edilən neft və neft məhsullarının ümumi dəyəri 169,8 milyon ABŞ dolları təşkil edib.
Neft və neft məhsullarının ixracı Qazaxıstanın Azərbaycana ümumi ixracında payı 32,08 % təşkil edib.
2023-cü ildə iki ölkə arasında ticarət dövriyyənin həcmi 529,4 milyon ABŞ dolları təşkil edib. Bu, 2022-ci illə müqayisədə 14,2 % çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin həcminin artırılması barədə göstəriş verib. Buna uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan müqavilə bağlayıblar.
Eyni zamanda Transxəzər marşrutu üzrə ilk neft tədarükünə başlanılıb və iki il ərzində bu həcm 3 milyon tona çatdırılacaq.