Özbəkistan Azərbaycandan neft bitumu tədarük etməyə başlayıb
- 03 mart, 2022
- 13:23

2021-ci il ərzində Azərbaycandan xaricə 42 milyon 257,26 min ABŞ dolları dəyərində 187 min 527,26 ton neft bitumu göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 77,8 %, kəmiyyət olaraq – 50,4 % çoxdur.
Hesabat dövründə Gürcüstana 23 milyon 938,45 min ABŞ dolları dəyərində 103 min 941,64 ton, Türkiyəyə 8 milyon 268,62 min ABŞ dolları dəyərində 35 min 772,35 ton, Ukraynaya 5 milyon 273,5 min ABŞ dolları dəyərində 23 min 982,79 ton, Türkmənistana 4 milyon 547,61 min ABŞ dolları dəyərində 22 min 893,64 ton, Özbəkistana 229,08 min ABŞ dolları dəyərində 937,05 ton məhsul ixrac edilib.
2020-ci ilin eyni dövrü ilə müqayisədə Gürcüstana tədarük müvafiq olaraq 44,7 % və 26,3 % artıb, Türkiyəyə - 4,6 dəfə və 3,5 dəfə artıb, Ukraynaya – 3,1 % və 25,1 % azalıb, Türkmənistana – 273 dəfə və 289 dəfə artıb.
Ötən il son on ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Özbəkistana neft bitumu satıb.