Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi I rübdə 8 % artıb
- 25 aprel, 2023
- 05:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin mart ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 19,761 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin mart ayı ilə müqayisədə 1,545 milyon barel və yaxud 8,48 % çoxdur.
Bu ilin yanvar-mart ayları ərzində isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 54,81 milyon barel neft nəql edilib. Bu, 2022-ci ilin ilk üç ayı ilə müqayisədə 4,032 milyon barel və yaxud 7,94 % çoxdur.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.