Ötən il Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 2 % azalıb
- 29 yanvar, 2025
- 12:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 224,142 milyon barel neft nəql edilib.
“Report” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,669 milyon barel və ya 2,04 % azdır.
Dekabr ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 20,081 milyon barel neft nəql edilib. Bu, daha 2023-cü ilin eyni ayı ilə müqayisədə 642 min barel və ya 3,3 % çoxdur.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.