Ötən il Azərbaycanda 5,9 mln ton neft emal edilib
Energetika
- 05 fevral, 2021
- 12:05
2020-ci il ərzində Azərbaycanda neft emalı 5,875 mln ton təşkil edib.
Bu barədə “Report” Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilir.
Məlumata görə, ölkədə neft emalı proqnozdan 172,7 min ton, yəni 3 % çox olub.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.
1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.
Son xəbərlər
13:04
"Təhsil TV" fəaliyyətini genişləndirir
Elm və təhsil12:59
Foto
Baş rolunu Ceki Çanın canlandırdığı filmin Bakıda çəkilişlərinin növbəti mərhələsi başlayıb
Mədəniyyət siyasəti12:57
Azərbaycanda 7 ayda nağdsız qaydada daşınmaz əmlak alanlara 20 milyon manatdan çox ƏDV geri qaytarılıb
Maliyyə12:52
Foto
Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunub - YENİLƏNİB-2
Mədəniyyət siyasəti12:45
Ötən həftə 1581 hektar ərazi minalardan təmizlənib
Daxili siyasət12:38
İran XİN: Pezeşkianın BMT Baş Assambleyasında iştirakı ilə bağlı hələ qərar yoxdur
Region12:36
Azərbaycanın çimərlik voleybolçuları Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
Komanda12:36
ASA-nın icraçı direktorunun adından saxta "Telegram" kanalı yaradılıb
Maliyyə12:36