Ötən il Azərbaycanda 34,5 mln ton neft hasil edilib
Energetika
- 05 fevral, 2021
- 12:31
2020-ci il ərzində Azərbaycanda 34,5 mln ton neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə “Report” Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilir.
Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 mln ton və ya 7,9 % az olub.
Respublika üzrə neft hasilatının 23,5 mln tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 mln tonu (kondensat) “Şahdəniz”in payına düşüb. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 10,4 % az və 1,2 % çoxdur.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 7,2 milyon ton təşkil edib. Bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 3,6 % azdır.
Son xəbərlər
05:27
Böyük Britaniya ilk dəfə pilotsuz qurğudan torpedo buraxılışı həyata keçirib
Digər ölkələr04:55
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
Digər ölkələr04:12
İrlandiya 43 Gürcüstan vətəndaşını deportasiya edib
Region03:50
Ərdoğan regiondakı gərginlik fonunda Türkiyənin Küveytə dəstəyini ifadə edib
Region03:13
Tramp Ağ Evin yanında yeni helikopter meydançasının açılışını edib
Digər ölkələr02:44
Foto
Azərbaycanlı pianoçu Serbiyada keçirilən konsert proqramında çıxış edib
Mədəniyyət siyasəti02:18
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri başlayır
Digər ölkələr01:39
MKİ rəhbəri İrlandiyada Zelenski ilə görüşüb
Digər ölkələr01:06