Ötən il Azərbaycan polipropilen ixracından qazancını 86 % artırıb
- 28 yanvar, 2022
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 84,064 min ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 120,027 milyon ABŞ dolları təşkil edib.
Bu, 2020-ci il ilə müqayisədə müvafiq olaraq 9,6 % və 86,2 % çoxdur.
Ötən il ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,42 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracındakı payı 0,54 % olub.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.