Ötən il Azərbaycan polipropilen ixracından qazancını 20 %-dən çox artırıb
- 19 yanvar, 2024
- 14:18
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 101 min 336,38 ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 109 milyon 914,8 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 43,6 % və 20,3 % artıb.
Polipropilen qeyri-neft sektoru üzrə ixracda payı 3,28 %, ölkənin ümumi ixracındakı payı 0,32 % olub.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.