Ötən il Azərbaycan karbamid ixracından qazancını 11 dəfə artırıb
- 28 yanvar, 2022
- 10:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan gömrük bəyannamələrinə əsasən, 322 min 567,24 ton azot gübrəsi ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci il ərzində həyata keçirilən ixracın dəyəri 118 milyon 783 min ABŞ dolları təşkil edib.
Bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 4,53 dəfə və 11,04 dəfə çoxdur.
Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 4,37 %, ümumi ixracda isə 0,53 % paya malik olub.
Qeyd edək ki, azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.