Ötən ay Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 10 %-dək artıb
- 22 fevral, 2023
- 10:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 19,167 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,668 milyon barel və yaxud 9,53 % çoxdur.
Xatırladaq ki, 2022-ci il ərzində isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 225,445 milyon barel neft nəql edilib. Bu, 2021-ci illə müqayisədə 25,296 milyon barel və yaxud 12,64 % çoxdur.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.