Ötən ay Hindistan Azərbaycandan neft alışını azaldıb

Energetika
  • 19 fevral, 2024
  • 07:12
Ötən ay Hindistan Azərbaycandan neft alışını azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Hindistana 131 min 887,42 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 79 milyon 605,46 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar göstəriciləri ilə müqayisədə 4,8 %, dəyəri isə 7,24 % azdır.

Hindistana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 9,02 % olub.

Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 1 milyon 462 min 278,29 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Ötən ay Azərbaycandan ixrac edilən xam neftin dəyəri 863 milyon 453,88 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Hindistana 2 milyon 025 min 082,15 ton xam neft ixrac edib. Bu miqdarda məhsulun dəyəri 1 milyard 227 milyon 040,485 min ABŞ dolları təşkil edib.