Ötən ay BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 56 %-dək artıb

Energetika
  • 16 fevral, 2022
  • 13:12
Ötən ay BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 56 %-dək artıb

Bu ilin yanvar ayı ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 2 milyon 980,7 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2021-ci ilin yanvar ayına nisbətən 5,7 % azdır.

Bu ilin yanvar ayı ərzində nəqletmənin 77,2 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat ayı ərzində BTC vasitəsilə 2 milyon 299,9 min ton neft ötürülüb. Bu isə 2021-ci ilin yanvar ayı ilə müqayisədə 8,3 % azdır.

Ötən ay ərzində BTC kəməri ilə 430,1 min ton tranzit nefti də nəql edilib ki, bu da 2021-ci ilin ilk ayının göstəricisi ilə müqayisədə 55,8 % çoxdur.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

44 - Tezliklə