Ötən ay Azərbaycan neft bitumunun ixracından qazancını artırıb
- 17 fevral, 2022
- 13:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayı ərzində Azərbaycan 4 min 856,72 ton neft bitumu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 1 milyon 118,75 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci il ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 0,56 % az və 1,4 dəfə çoxdur.
Hesabat dövründə neft bitumunun ölkənin ümumi ixracındakı payı 0,04 % olub.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.