Ötən ay Azərbaycan İspaniyaya neft satışını və qazancını 2,5 dəfə artırıb

Energetika
  • 20 fevral, 2024
  • 09:16
Ötən ay Azərbaycan İspaniyaya neft satışını və qazancını 2,5 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycan İspaniyaya 76 min 534,64 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 39 milyon 881,49 min ABŞ dolları təşkil edib.

Ötən ay Azərbaycandan İspaniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin ilk ayının göstəriciləri ilə müqayisədə 2,52 dəfə, dəyəri isə 2,53 dəfə çoxdur.

İspaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 5,24 % olub.

Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 863 milyon 453,88 min ABŞ dolları dəyərində 1 milyon 462 min 278,29 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan İspaniyaya 1 milyon 221 min 974,82 ton xam neft ixrac edib. Bu miqdarda məhsulun dəyəri 769 milyon 586,75 min ABŞ dolları təşkil edib.

44 - Tezliklə