Orxan Zeynalov: "TRIPP regionda enerji əlaqələrinin xarakterini dəyişəcək"

Energetika
  • 22 sentyabr, 2025
  • 13:54
Orxan Zeynalov: TRIPP regionda enerji əlaqələrinin xarakterini dəyişəcək

"Tramp marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən mövcud enerji infrastrukturuna və layihələrə, o cümlədən Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan neft kəmərinə əlavə olacaq.

"Report"un məlumatına görə, bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 25) bildirib.

O qeyd edib ki, TRIPP yeni istiqamətlər təmin edəcək və diversifikasiya imkanlarını genişləndirəcək.

"Əlavə çeviklik həm enerji sektoru, həm də biznes üçün həmişə üstünlükdür. Bu, yeni marşrutlardır. İkincisi, bu, təkcə ənənəvi enerji üçün deyil, həm də Azərbaycanın müxtəlif bölgələrindən, həm də Xəzər dənizi və Mərkəzi Asiyadan elektrik enerjisi, "yaşıl enerji" və hidrogenin nəqli üçün bir seçim ola bilər. Bu mənada layihə bütövlükdə regionda enerji əlaqələrinin və beynəlxalq əlaqələrin mahiyyətini dəyişə bilər", - O.Zeynalov əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti