Orban: ABŞ ilə enerji razılaşmaları Macarıstanın təhlükəsizliyini möhkəmləndirəcək
- 16 fevral, 2026
- 15:21
Budapeşt və Vaşinqton arasında enerji sahəsində razılaşmalar Macarıstanın enerji təhlükəsizliyini gücləndirəcək.
"Report" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə birgə bəyanatla çıxış edərkən bildirib.
"Biz enerji sahəsində - neft, qaz və nüvə enerjisi ilə bağlı mühüm sazişlər bağladıq. Bu razılaşmalar, o cümlədən ABŞ Prezidenti Donald Trampın Macarıstanın Rusiya qazından istifadə etməsi üçün etdiyi güzəşt ölkənin enerji təhlükəsizliyini təmin edir. Bunun sayəsində Macarıstan ev təsərrüfatlarını və sənayeni nisbətən aşağı qiymətə enerji ilə təchiz etməyə davam edə biləcək", - o deyib.
Bundan başqa, Orban ABŞ dövlət katibi ilə Serbiyanın "NIS" neft şirkətinin alınması məsələsini müzakirə etdiyini bildirib.
"Biz Serbiyanın neft emalı zavodu məsələsini: onu necə əldə etməyi və bu sövdələşmədə bir neçə şirkətin iştirakının mümkün olub-olmadığını müzakirə etdik", - prezident qeyd edib.