OPEK neftin qiyməti ilə bağlı fövqəladə iclas keçirə bilər

Energetika
  • 24 fevral, 2015
  • 09:17
OPEK neftin qiyməti ilə bağlı fövqəladə iclas keçirə bilər

Bakı. 24 fevral. REPORT.AZ/ OPEK neftin qiyməti ilə bağlı fövqəladə iclas keçirə bilər. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın neft naziri, OPEK prezidenti Diezani Alison-Madueke bildirib. 

Onun sözlərinə görə, ərəb dövlətləri istisna olmaqla, demək olar ki, bütün OPEK ölkələri hazırkı şəraitdə özünü çox narahat hiss edir. "Neftin qiyməti çox düşərsə, yaxın  6 həftə ərzində OPEK fövqəladə iclasını çağıra bilər", - Diezani Alison-Madueke "The Financial Times" nəşrinə müsahibəsində qeyd edib.

"Biz artıq təşkilatın üzv ölkələri ilə danışıqlar aparırıq", - OPEK prezidenti bildirib. 

"Brent" markalı neftin aprel ayına olan fyuçersin qiyməti ICE London birjasında hərrac zamanı 0,56% - 58,56 dollar/barelə qədər azalıb. 2014-cü ilin iyun ayından "Brent" markalı neftin qiyməti təxminən 50% düşüb. 

44 - Tezliklə