​OPEC: Yaxın 5 ildə neftin qiyməti 80 dollara çatacaq

Energetika
  • 17 sentyabr, 2015
  • 13:23
​OPEC: Yaxın 5 ildə neftin qiyməti 80 dollara çatacaq

Bakı. 17 sentyabr. REPORT.AZ/ Dünya neft bazarında qiymətlər 2020-ci ilədək nominal olaraq 80 dollar/barelə qədər yüksələcək.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" OPEC-in daxili hesabatına istinadən məlumat yayıb.

Eyni zamanda, OPEC 2020-ci ildə dünyada neftə olan gündəlik tələbatın proqnozunu 94,7 mln. barelə qaldırıb.

Təşkilatın hesablamalarına görə, 2020-ci ilədək neftə olan gündəlik tələbat hər il 1 mln. barel artacaq.

44 - Tezliklə