OPEC və Rusiya yenidən danışıqlara başlayır
Energetika
- 05 avqust, 2016
- 05:18
Bakı. 5 avqust. REPORT.AZ/ "Biz yaxın zamanda OPEC üzvləri və Rusiya başda olmaqla təşkilata daxil olmayan ölkələrin görüşünü təşkil etmək üçün böyük səy göstəririk". "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Venesuela prezidenti Nikolas Maduro bildirib.
Prezident, həmçinin qeyd edib ki, avqustun 4-də ölkəsinin neft sənayesi naziri Euloxio del Pino OPEC sədri Mühəmməd Barkindo ilə danışıqlar aparıb. Dövlət başçısı deyib ki, əsas məqsəd neft qiymətlərinin minimal həddini 40 dollar/bareldə sabitləşdirmək və 50-60 dollar/barelə doğru artmasına zəmin yaratmaqdır.
Xatırladaq ki, OPEC-in iyunun 2-də Vyanada keçirilən son iclasında iştirakçı ölkələr ümumi razılığa gələ bilməyib.
Son xəbərlər
17:57
Merts Saksoniya-Anhaltda AfD-nin hakimiyyətə gəlməsi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr17:53
Azəbaycanda bərpa olunan enerjinin xüsusiyyətləri üzrə vahid reyestr yaradılacaq
Energetika17:53
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Moldovaya məğlub olub
Futbol17:53
Foto
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Azərbaycan İlahiyyat İnstitunda olublar
Din17:51
Foto
Macarıstan Elmlər Akademiyasının arxivində Azərbaycan klassiklərinə aid nadir əlyazmalar aşkarlanıb
Mədəniyyət siyasəti17:49
Foto
Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb
Futbol17:48
Azərbaycan "yaşıl enerji ticarəti" üçün regional sertifikatlaşdırma sistemlərinin uyğunlaşdırılmasını təklif edib
Energetika17:47
Azərbaycan elektrik enerjisinin mənşəyinin tanınması mexanizmini formalaşdırır
Energetika17:43