OPEC və "OPEC+" çərçivəsində keçiriləcək iclasların vaxtı dəyişdirilib

Energetika
  • 22 noyabr, 2023
  • 13:47
OPEC və OPEC+ çərçivəsində keçiriləcək iclasların vaxtı dəyişdirilib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Qeyri-OPEC ölkələri (OPEC+) çərçivəsində keçiriləcək iclaslar və görüşlər rəsmi olaraq noyabrın 30-na təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə OPEC məlumat yayıb.

Daha əvvəl OPEC Konfransının 187-ci iclasının, OPEC+ Monitorinq Komitəsinin 51-ci iclasının və OPEC və qeyri-OPEC Nazirlərinin 36-cı görüşünün noyabrın 25-26-da keçirilməsi planlaşdırılırdı.