Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb

Futbol
  • 11 sentyabr, 2026
  • 18:33
Premyer Liqa: Neftçi V turun açılış oyununda qələbə qazanıb

Misli Premyer Liqasında V tura start verilib.

"Report"un məlumatına görə, günün yeganə matçında "Neftçi" "İmişli"nin qonağı olub.

Yevlax şəhər stadionunda baş tutan qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.

Meydan sahiblərinin heyətində 29-cu dəqiqədə Bəxtiyar Həsənalızadə, 45+7-ci dəqiqədə isə penaltidən Azər Salahlı fərqlənib.

Bakı təmsilçisinin qollarına 12-ci dəqiqədə Freddi Varqas, 28-ci dəqiqədə Breno Almeyda, 80-ci dəqiqədə Qustavo Klisman imza atıblar.

Xallarının sayını 12-yə çatdıran "Neftçi" birinci pillədə qərarlaşıb. "İmişli" 4 xalla səkkizincidir.

Xatırladaq ki, turun digər oyunları 12, 13 və 14 sentyabrda olacaq.

44 - Tezliklə