OPEC sentyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb

Energetika
  • 14 oktyabr, 2024
  • 11:54
OPEC sentyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb

Sentyabrda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 488 min barel təşkil edib.

"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, sentyabrda Azərbaycanda gündəlik neft hasilatı avqust ayı ilə müqayisədə 6 min barel və ya 1,2 % artıb.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, sentyabr ayında faktiki hasilat 63 min barel geriləyib.

OPEC-in məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanda gündəlik orta hesabla 477 min barel, ikinci rübdə isə 475 min barel, üçüncü rübdə 486 min barel neft hasil edilib.

2023-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 503 min barel olub.