OPEC Qazaxıstanda maye karbohidrogen hasilatı proqnozunu açıqlayıb

Energetika
  • 13 iyul, 2023
  • 14:21
OPEC Qazaxıstanda maye karbohidrogen hasilatı proqnozunu açıqlayıb

May ayında Qazaxıstanda maye karbohidrogen hasilatı 65 min barel azalaraq gündəlik orta hesabla 1,9 milyon barel təşkil edib.

"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iyul hesabatına istinadən xəbər verir ki, xam neft hasilatı isə 58 min barel azalaraq gündəlik orta hesabla 1,6 milyon barel olub.

Hesabata əsasən, 2023-cü ildə Qazaxıstanda maye karbohidrogen hasilatının gündəlik orta hesabla 1,9 milyon barel səviyyəsində olacağı və əvvəlki proqnozla müqayisədə əsasən dəyişməyəcəyi gözlənilir.

OPEC-in hesablamalarına görə, 2024-cü ildə isə maye karbohidrogen hasilatının təxminən 80 min barel artaraq gündəlik orta hesabla 2 milyon barelə çatacağı proqnozlaşdırılır.