OPEC+ ölkələri dekabrda neft hasilatını artırmaq barədə razılığa gəliblər - CƏDVƏL
- 02 noyabr, 2025
- 21:03
OPEC+ ölkələri dekabrda neft hasilatını gündə 137 min barel artırmaq barədə razılığa gəliblər.
"Report"un məlumatına görə, təşkilat bu barədə bazar günü keçirilən onlayn görüşdən sonra açıqlamasında bildirib.
Qeyd edilir ki, dünya iqtisadiyyatının sabit perspektivlərini və əlverişli cari bazar şərtlərini nəzərə alaraq, səkkiz iştirakçı ölkə hasilatın gündə 137 min barel tənzimlənməsinə qərar verib. Bu düzəliş 2025-ci ilin dekabrında həyata keçiriləcək.
Həmçinin qeyd olunur ki, "mövsümiliyə görə" 2026-cı ilin birinci rübündə neft hasilatında daha artım olmayacaq.
"OPEC+ ölkələri bazar şərtlərini yaxından izləməyə və qiymətləndirməyə davam edirlər. Onlar ehtiyatlı yanaşmanın və əlavə könüllü istehsal tənzimləmələrini dayandırmaq və ya ləğv etmək üçün tam çevikliyin qorunmasının vacibliyini bir daha təsdiqləyiblər", - bəyanatda vurğulanıb.