OPEC noyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb
Energetika
- 11 dekabr, 2024
- 13:09
Noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 483 min barel təşkil edib.
"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, oktyabrda Azərbaycanda gündəlik neft hasilatı oktyabr ayı ilə müqayisədə 3 min barel və ya 0,62 % azalıb.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, noyabr ayında faktiki hasilat 68 min barel geriləyib.
OPEC-in məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanda gündəlik orta hesabla 477 min barel, ikinci rübdə isə 475 min barel, üçüncü rübdə 486 min barel neft hasil edilib.
2023-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 503 min barel olub.
Son xəbərlər
07:12
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub
Digər ölkələr06:41
Video
ABŞ-nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb
Digər ölkələr06:23
Axios: Tramp və Vens Dallasda Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər
Digər ölkələr05:50
Britaniya ABŞ-nin sanksiya tətbiq etdiyi iranlının iki penthausunun satışına icazə verib
Digər ölkələr05:17
ABŞ Ekvador narkokartelinin maraqları naminə istifadə olunan gəmiləri batırıb
Digər ölkələr04:41
Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
Digər ölkələr04:02
Pit Heqset İranı hədələyib: Tankerlərini məhv edəcəyik və batıracağıq
Digər ölkələr03:37
İran ordusu ABŞ-nin aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
Region03:11