Axios: Tramp və Vens Dallasda Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər
- 06 sentyabr, 2026
- 06:23
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens Konqresə aralıq seçkiləri ərəfəsində sentyabrın 9–10-da Texas ştatının Dallas şəhərində keçiriləcək Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər.
"Report"un "Axios"a istinadən xəbər verir ki, bu barədə sentyabrın 5-də portal sərəncamında olan ilkin çıxışçılar siyahısına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp qurultayın hər iki günündə iştirakçılar qarşısında çıxış edəcək, Vensin çıxışının isə sentyabrın 10-da olması gözlənilir.
Bundan başqa, qurultayda ABŞ-ın maliyyə naziri Skott Bessent, ədliyyə naziri – baş prokuror Todd Blanş, Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Livitt və prezidentin oğlu kiçik Donald Tramp çıxış edəcəklər.
Qanunvericilərdən isə qurultayda ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson, aşağı palatada respublikaçıların lideri Stiven Skalis (hər ikisi Luiziana ştatından), Texas ştatından senator Ted Kruz, həmçinin Nümayəndələr Palatasının üzvləri Anna Paulina Luna (Florida), Derrik Van Orden (Viskonsin), Mayk Louler (Nyu-York) və digər şəxslər çıxış edəcəklər.