OPEC-in baş katibi: "Azərbaycan mühüm rolu ilə enerji landşaftına təsir edib"

Energetika
  • 30 may, 2018
  • 06:02
OPEC-in baş katibi: Azərbaycan mühüm rolu ilə enerji landşaftına təsir edib
OPEC-in baş katibi Məhəmməd Barkindo
Report/ Firi Salim

Bakı. 30 may. REPORT.AZ/ "Azərbaycan mühüm rolu ilə enerji landşaftına təsir edib".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransında OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.

Baş katib mart ayında Bakıya səfərini xatırladaraq Azərbaycanla əməkdaşlığın əhəmiyyətindən danışıb: "Azərbaycanla əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub".

O, Azərbaycanın neft hasilatının beşiyi olduğunu, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun, "Şahdəniz" yatağının əhəmyyətini qeyd edib: "Şahdəniz 2" layihəsi ən iri enerji layihələrindən biridir. Bu, həm ölkənin neft- qaz sektoruna, həm də dünyaya töhfə verəcək. Cənub Qaz Dəhlizi enerji xəritəsini dəyişəcək". 

Baş katib çıxışında OPEC+ formatında əməkdaşlığın əhəmiyyətini də qeyd edərək, bütün hasilatçı ölkələri bu formata qoşulmağa çağırıb: "OPEC-ə üzv və qeyri-üzv ölkələrin əməkdaşlığının qlobal iqtisadiyyata töhfəsi danılmazdır".