OPEC+ çərçivəsində neft hasilatı kvotadan artıq azaldılıb
Energetika
- 15 oktyabr, 2020
- 10:45
OPEC+ formatının iştirakçı ölkələri hasilatın ixtisarına dair məlum razılaşma sentyabr ayında 102 faiz səviyyəsində icra olunub.
“Report” xəbər verir ki, OPEC+ Texniki Komitəsinin bugünkü iclası üçün hazırlanmış hesabata əsasən, OPEC üzv ölkələri tərəfindən razılaşma 105 faiz, qeyri-OPEC ölkələri isə 97 faiz yerinə yetirib.
Bununla da razılaşmanın iştirakçı ölkələri ötən ay bazara gündəlik 7,65 milyon barel az neft çıxarıb. Bunun 5,1 milyon bareli OPEC ölkələrinin, 2,73 milyon bareli isə qeyri-OPEC ölkələrinin payına düşür.
Qeyd edək ki, razılaşmanın yerinə yetirilməsi OPEC+ Nazirlər Monitorinq Komitəsinin oktyabrın 19-da vedeo formatında keçiriləcək iclasında müzakirə olunacaq.
Son xəbərlər
12:13
"Şimal-2" stansiyası 7 il ərzində 21 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edib
Energetika12:03
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - YENİLƏNİB
Energetika11:59
Foto
İçərişəhərdə Şanlıurfa Mədəniyyət Günləri başlayıb
Mədəniyyət siyasəti11:54
Azərbaycan səfiri Türkiyə xarici işlər nazirinin müavini ilə strateji müttəfiqliyi müzakirə edib
Xarici siyasət11:51
Media: İranın Xark adasında partlayış olub
Region11:45
Nepalda torpaq sürüşməsi və daşqın qurbanlarının sayı 1 300-ü ötüb
Digər ölkələr11:30
Foto
Bakıda "ALUFAR IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı start götürüb
Fərdi11:20
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 35 %-dən çox artırıb
Biznes11:18