Media: İranın Xark adasında partlayış olub

Region
  • 05 sentyabr, 2026
  • 11:51
Media: İranın Xark adasında partlayış olub

İranın körfəzdəki əsas neft ixrac terminallarından birinin yerləşdiyi Xark adası ərazisində partlayış səsləri eşidilib.

"Report" xəbər verir ki, bu barədə İran KİV-i bildirib.

Məlumata görə, sentyabrın 5-də Xark adası rayonunda bir neçə partlayış baş verib.

Bildirilib ki, partlayışların mənbəyi hələ ki müəyyən edilməyib.

İran mediasının iddiasına əsasən, ABŞ Xark adası sahillərində neft tankerinə zərbə endirib, ölən olmayıb.