OPEC Azərbaycanda bu il üçün orta gündəlik hasilat proqnozunu artırıb

Energetika
  • 11 avqust, 2022
  • 12:54
OPEC Azərbaycanda bu il üçün orta gündəlik hasilat proqnozunu artırıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün orta gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu 39 min barel artırıb.

"Report"un məlumatına görə, bu barədə qurumun avqust ayı üçün açıqladığı hesabatında deyilir.

Bildirilir ki, 2022-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogenlərin hasilatı 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu proqnoz gözləntidən 8 min barel aşağıdır. Buna səbəb ikinci rübdə əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olmasıdır.

Məlumatda qeyd edilir ki, 2023-cü il üçün Azərbaycanın maye tədarükünün gündəlik orta hesabla 700 min barel olmaqla 60 min barel azalacağı proqnozlaşdırılır. Ümumi azalma tempi üç əsas hasilat sahəsində planlaşdırılan artımlardan daha yüksək olacaq.

OPEC-in proqnozunda qeyd olunur ki, bu ilin iyun ayında ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 7 min barel azalaraq, illik müqayisədə isə 27 min barel artaraq 700 min barel təşkil edib.

Rəsmi mənbələrə görə, xam neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik olaraq 9 min barel azalaraq orta hesabla 562 min barel, təbii qaz hasilatı isə orta hesabla gündəlik olaraq 150 min barel təşkil edib.

2022-ci ildə yeni layihələrin icrasına başlanılması gözlənilmir. Bildirilir ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda və digər köhnə yataqlarda əsas neft hasilatının azalması “Şahdəniz-2” yatağı kimi layihələrin hesabına hasilatın artırılmasına nail olunacaq.

44 - Tezliklə