OPEC avqustda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb
Energetika
- 10 sentyabr, 2024
- 12:27
Avqustda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 489 min barel təşkil edib.
"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, avqustda Azərbaycanda gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 1 min barel və ya 0,2 % artıb.
Hesabata əsasən, OPEC+ razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, avqust ayında faktiki hasilat 62 min barel geriləyib.
OPEC-in məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanda gündəlik orta hesabla 477 min barel, ikinci rübdə isə 474 min barel neft hasil edilib.
2023-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 503 min barel olub.
Son xəbərlər
02:39
ABŞ-də təyyarə uçuş zolağından çıxıb, ölənlər və xəsarət alanlar var
Digər ölkələr02:13
Kabardin-Balkarda qar uçqunu nəticəsində iki alpinist ölüb, 10 nəfər itkin düşüb
Region01:41
Britaniyanın sahil mühafizəsi La-Manşda 140 qanunsuz miqrantı daşıyan qayığı saxlayıb
Digər ölkələr01:03
"Yuventus" əlavə vaxtda "Milan"a məğlubiyyətdən xilas olub
Futbol00:28
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
Region00:00
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
Digər ölkələr23:35
Foto
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
Digər ölkələr23:13
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB
Digər ölkələr22:52