OPEC+ alyansının iclası öncəsi neftin qiyməti artıb
- 01 fevral, 2022
- 05:54
Yeniliklərdən dərhal xəbərdar olun!
OPEC+ alyansının hasilatla bağlı qərarının gözləndiyi bir zamanda neftin qiyməti artıb.
“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin aprel fyuçersləri 0,41 % bahalaşaraq, 1 bareli 88,63 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,42 % artaraq, 1 bareli 88,53 ABŞ dolları təşkil edib.
İnvestorlar OPEC+ alyansının fevralın 2-nə planlaşdırılmış növbəti iclasını gözləyirlər. Həmin gün alyans üzvləri neftin mart ayındakı hasilatı ilə bağlı qərar qəbul edəcək. OPEC+ alyansının neft hasilatını planlaşdırıldığı kimi hər ay gündəlik 400 min barel artırılmasına sadiq qalacağı gözlənilir.
Ukrayna və Rusiya arasında geosiyasi gərginliyi də bazardakı qiymətlərə təsir edir.