Oktyabrda Gürcüstan Azərbaycandan neft tədarükünə başlayıb
- 17 noyabr, 2025
- 15:24
Bu ilin oktyabr ayında Gürcüstan Azərbaycandan xam neft tədarükünə başlayıb.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Gürcüstanın Azərbaycandan idxal etdiyi xam neftin həcmi 3 838,22 ton təşkil edib. Bu ölkənin aldığı xam neftin ümumi dəyəri isə 1 milyon 586,27 min ABŞ dolları olub.
DGK-nın rəsmi bəyannamələrinə əsasən, ötən il Gürcüstanın Azərbaycandan xam neftin alışı qeydə alınmayıb.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumi dəyəri 10 milyard 849 milyon 719,29 min ABŞ dolları olan 20 milyon 754 min 593,06 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb.