''Neft Daşları'' yatağında yeni quyu istismara verilib

Energetika
  • 31 oktyabr, 2016
  • 11:55
''Neft Daşları'' yatağında yeni quyu istismara verilib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə daha bir quyu istismar fonduna qəbul edilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündən qazılmış 2582 nömrəli quyu istismara verilib. Qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu 2410-2395 metr intervaldan sutkalıq 20 ton neft və 1000 kubmetr qaz ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.                              

44 - Tezliklə