Neft Çinə dair statistik məlumatlar və ABŞ-dan gələn xəbərlər fonunda bahalaşıb

Energetika
  • 01 iyun, 2023
  • 05:54
Neft Çinə dair statistik məlumatlar və ABŞ-dan gələn xəbərlər fonunda bahalaşıb

Dünya bazarında neftin qiyməti artıb.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,54 % bahalaşaraq 1 bareli 72,99 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,48 % artaraq və 1 bareli 68,42 ABŞ dolları təşkil edib.

Bazarların nikbinliyini artıran əsas amillər Çin iqtisadiyyatı haqqında güclü statistik məlumatlar və ABŞ-da milli borc tavanı ilə bağlı tərəqqinin əldə olunmasıdır.