Neft bahalaşmağa başlayıb
Energetika
- 12 noyabr, 2018
- 06:43
Bakı. 12 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökumətinin gələn ay neft hasilatının həcmini azaldacağı ilə bağlı bəyanatı fonunda dünya bazarında neft bahalaşmağa başlayıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün səhər əmtəə birjalarında gələn ilin yanvar ayı fyuçersləri üzrə “Brent” markalı neftin 1 barelinin qiyməti 1,55% artaraq 71,27 ABŞ dollarına, bu ilin dekabr ayı fyuçersləri üzrə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,96% artaraq 60,77 dollara çatıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih ölkənin neftinə olan gündəlik tələbatın bu ay 500 min barel azaldığını və buna görə də, hasilat həcminin də azaldılacağını deyib. Onun bu açıqlaması treyderlərin diqqətini cəlb edib.
Son xəbərlər
14:46
"Moody's": Azərbaycanda inflyasiya enerji daşıyıcıları bahalaşsa da, mülayimdir
Maliyyə14:45
Naxçıvanın xarici ticarət dövriyyəsi 28 % artıb
Biznes14:39
Naxçıvanda sənaye və kənd təsərrüfatı istehsalı artıb
Sənaye14:35
Naxçıvan iqtisadiyyatı 2 %-dən çox böyüyüb
Maliyyə14:32
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 5 %-dən çox artıb
Maliyyə14:28
"Gəncə" basketbol komandası məşqçisi Zaur Məmmədovla müqavilənin müddətini yeniləyib
Komanda14:25
"Moody's": Qafqaz ölkələri Şərqlə Qərb arasında rəqəmsal infrastruktur formalaşdırır
İKT14:21
Kazanda 30-dan çox şəxs bağırsaq infeksiyasına yoluxub
Region14:20