Nazir müavini: "Azərbaycan "yaşıl enerji"sinin gedəcəyi istiqamət Avropa olacaq"

Energetika
  • 13 may, 2026
  • 13:04
Nazir müavini: Azərbaycan yaşıl enerjisinin gedəcəyi istiqamət Avropa olacaq

Azərbaycanın "yaşıl enerji"sinin də gedəcəyi istiqamət birmənalı olaraq Avropa olacaq.

Bunu "Report"un Balkan bürosuna Belqrad Enerji Forumu çərçivəsində müsahibəsində Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib.

O qeyd edib ki, Xəzər dənizi Azərbaycanın həm neft və qaz ehtiyatlarının, həm də külək ehtiyatlarının mənbəyidir: "Bu ehtiyatlar hesabına həm öz ehtiyaclarımızı qarşılaya, həm də ixrac həyata keçirə bilərik. Məlumdur ki, bizim bu istiqamətdəki infrastrukturun əsas istiqaməti Avropadır. Buna görə də artıq qalan "yaşıl enerji"nin də gedəcəyi istiqamət birmənalı olaraq Avropa olacaq. Bu, Qara dəniz, Türkiyə üzərindən ola bilər. Xüsusilə Naxçıvan istiqamətindən belə bir layihə üzərində işlənilir".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

44 - Tezliklə