Muxtar Babayev: "Dünya üzrə elektrikləşdirmənin 35 %-ə çatdırılması təklif edilir"

Energetika
  • 07 sentyabr, 2026
  • 12:09
Muxtar Babayev: Dünya üzrə elektrikləşdirmənin 35 %-ə çatdırılması təklif edilir

2035-ci ilə qədər dünyada elektrikləşdirmə səviyyəsinin 35 %-ə çatdırılması təklif edilir.

"Report" xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.

M. Babayev qeyd edib ki, sözügedən təklif Türkiyə tərəfindən irəli sürülüb: "Dərk edirik ki, bu, asan bir proses deyil, lakin ənənəvi enerji mənbələrindən mərhələli şəkildə yeni və alternativ enerji qaynaqlarına keçidin əsasını təşkil edir. Bu proses təkcə enerji sektoru ilə məhdudlaşmır. Bəziləri hesab edir ki, elektrikləşdirmə yalnız enerji sahəsi ilə bağlıdır. Bu, tamamilə səhv bir yanaşmadır. Əlbəttə, məsələ enerji sektoruna birbaşa aidiyyəti var. Lakin eyni zamanda bu, yaşayış binalarımıza da şamil edilir. Hazırda şəhərlər dünya üzrə ümumi emissiyaların 70 %-ə qədərini yaradır. Bu isə o deməkdir ki, binalar, şəhərlərdə fəaliyyət göstərən müəssisələr, nəqliyyat vasitələri və digər sahələr ən əsas emissiya mənbələri sırasındadır".