Misir qaz tədarükündə göstərilən dəstəyə görə Azərbaycana və SOCAR-a təşəkkür edib
- 01 iyun, 2026
- 15:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Misir ölkəyə qaz tədarükünün təmin edilməsində göstərilən köməyə görə Azərbaycana və Dövlət Neft Şirkətinə (SOCAR) minnətdardır.
"Report"un məlumatına görə, bunu Misirin neft və mineral ehtiyatlar naziri Karim Badavi 31-ci Bakı Enerji Forumu çərçivəsində bəyan edib.
"Qaz əsas enerji mənbəyi rolunu oynamağa davam edəcək və bununla əlaqədar xüsusilə ötən yay Misirə qaz tədarükündə göstərdikləri köməyə görə SOCAR şirkətinə və Azərbaycana səmimi minnətdarlığımı bildirmək istəyirəm.
Üzən LNG saxlama və yenidən qazlaşdırma terminalı (FSRU) infrastrukturunun tətbiqi bilavasitə Misir ərazisində iqtisadiyyatın müxtəlif sahələrinin qazla təchizatını təmin etməyə imkan verib. Buna görə qaz sektorunda əməkdaşlıq bütün iştirakçıların maraqları naminə Şərqi Aralıq dənizi ölkələri ilə birgə həyata keçirdiyimiz qaz infrastrukturunun inteqrasiyası layihələri qədər böyük əhəmiyyətə malikdir", - nazir vurğulayıb.