JGC şirkətinin nümayəndəsi Bakı Neft Emalı Zavodunda olub
Energetika
- 06 sentyabr, 2016
- 11:37
Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda JGC (Yaponiya) şirkətinin satış üzrə meneceri Taişi Yoşida (Taishi Yoshida) ilə görüş keçirilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, zavodun direktoru Elman İsmayılov yaponiyalı qonağı salamlayaraq müəssisənin tarixi, hazırda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi, mövcud olan, eləcə də yaxın gələcəkdə inşa ediləcək texnoloji qurğular haqqında məlumat verib.
Yaponiya şirkətinin satış üzrə meneceri dünyanın müxtəlif ölkələrində, xüsusilə JGC-nin Sinqapurdakı fəaliyyəti barədə danışıb, neft hasilatı və emalı ilə məşğul olan müəssisələrlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Son xəbərlər
01:39
İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
Region01:21
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Xarici siyasət01:12
Foto
Brüsseldə Anım Günü ilə bağlı tədbir keçirilib
Xarici siyasət00:56
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
Futbol00:27
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Hadisə00:11
Salyanda "TIR" avtomobillə toqquşub, 5 nəfər xəsarət alıb
Hadisə00:00
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Daxili siyasət00:00
Azərbaycanda Anım Günüdür
Qarabağ23:57