İtaliya yanvarda Azərbaycandan neft idxalını 9 dəfədən çox artırıb

Energetika
  • 19 fevral, 2025
  • 10:36
İtaliya yanvarda Azərbaycandan neft idxalını 9 dəfədən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycandan İtaliyaya 1 milyon 687 min 729,6 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 932 milyon 715,48 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk ayı ilə müqayisədə 9,4 dəfə, dəyəri isə 8,4 dəfə artıb.

Ötən ay Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 48,77 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 1 milyard 903 milyon 035,78 min ABŞ dolları dəyərində 3 milyon 460 min 826,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon ABŞ dolları ixracın, 2 milyard 52 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə