İtaliya yanvar-fevralda Azərbaycan qazının alıcıları arasında lider olub

Energetika
  • 21 aprel, 2025
  • 11:26
İtaliya yanvar-fevralda Azərbaycan qazının alıcıları arasında lider olub

Bu ilin yanvar-fevral aylarında İtaliya Azərbaycan qazının alıcıları arasında lider olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycandan qaz ixracının ümumi həcminin 38,7 %-i bu ölkənin payına düşüb.

Hesabat dövründə Azərbaycan 1 milyard 550 milyon 401,4 min ABŞ dolları (+ 6,2 %) dəyərində 4 milyard 187 milyon 47,2 min kubmetr (+ 5,9 %) qaz ixrac edib. Tədarük altı ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana həyata keçirilib.

Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP 3-ə İtaliya, Türkiyə və Gürcüstan daxil olub. İtaliya 832 milyon 821,15 min ABŞ dolları (+ 14,5 %) dəyərində 1 milyard 621 milyon 889,6 min kubmetr (+ 1,4 %) qaz idxal edib və bununla da Azərbaycandan qaz tədarükünün həcminə görə birinci yerdə qərarlaşıb.

Türkiyə 37,5 % payla ikinci yeri tutub. 2025-ci ilin yanvar-fevral aylarında bu ölkəyə 445 milyon 813,5 min ABŞ dolları (- 10,8 %) dəyərində 1 milyard 568 milyon 447,6 min kubmetr (+ 2,3 %) qaz tədarük edilib.

Azərbaycan qazının alıcısı olan ölkələr arasında üçüncü yerdə 13,2 % payla Gürcüstan qərarlaşıb. Hesabat dövründə Gürcüstana 72 milyon 764,7 min ABŞ dolları (+ 1,5 dəfə) dəyərində 552 milyon 260,45 min kubmetr (+ 1,9 dəfə) qaz tədarük edilib.

44 - Tezliklə