İtaliya Azərbaycanın ixrac etdiyi neftin 45 %-dən çoxunu almaqla liderliyini qoruyub saxlayıb
- 22 noyabr, 2024
- 06:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan İtaliyaya 9 milyon 303 min 629,47 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 5 milyard 824 milyon 015,91 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 0,56 % çox, dəyəri isə 0,46 % azdır.
Azərbaycandan İtaliyaya tədarük edilən xam neftin ümumi neft ixracında payı 45,22 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 762 milyon 589,03 min ABŞ dolları dəyərində 20 milyon 571 min 968,71 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb.