İtaliya Azərbaycandan idxal etdiyi neftin 40 %-i ilə liderliyini qoruyur
- 20 iyun, 2024
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycandan İtaliyaya 3 milyon 947 min 343,52 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 2 milyard 520 milyon 145,37 min ABŞ dolları təşkil edib.
Bu dövrdə Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 14,1 %, dəyəri isə 11,3 % azdır.
Ötən müddət ərzində Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 40 % olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 9 milyon 869 min 672,49 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.Ötən 5 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 6 milyard 258 milyon 631,31 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % çoxdur.