İrlandiya Azərbaycana neft idxalını 3 dəfədən çox azaldıb

Energetika
  • 18 oktyabr, 2024
  • 13:46
İrlandiya Azərbaycana neft idxalını 3 dəfədən çox azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İrlandiyaya 174 min 283,74 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 110 milyon 428,45 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İrlandiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,62 dəfə, dəyəri isə 3,32 dəfə azdır.

İrlandiyaya ixracın Azərbaycanın ümumi neft ixracında payı 0,99 % olub.

Hesabat dövründə, gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyard 8 milyon 329,94 min ABŞ dolları dəyərində 17 milyon 608 min 860,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu ilin 9 ayında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.